Cümə, 03 May

"Tonoyan və Qasparyan Bakıya gəlsin..." - Erməni terrorçuların vəkili

image

Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında terror-təxribat törətməkdə ittiham olunan erməni silahlı dəstə üzvləri – Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xəbər veri ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra hakim bildirib ki, təqsirləndirilən şəxslər məhkəmədə ifadə verməkdən imtina etmək, etiraz vermək hüquqları var. Hakim qeyd edib ki, məhkəmə iclasları protokollaşdırılır. Onun sözlərinə görə, məhkumlar məhkəmə hökmündən yuxarı instansiyalara şikayət vermək hüquqları var.

Hakimin sözlərinə görə, təqsirləndirilən şəxslər məhkəmələrdə müdafiçi ilə təmin olunub. Hakim təqsirləndirilən şəxslərə vəkilləri təqdim edib. Vəkillərin heç birinə etiraz olunmayıb. Təqsirləndirilən şəxslər də vəkillərin müdafiə hüququndan istifadə etmək istədiklərini bildiriblər.

Təqsirləndirilən şəxslərdən birinin vəkili bildirib ki, Ermənistanın sabiq müdafiə naziri David Tonoyan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan bu təqsirləndirilən şəxslərin əməllərinə görə məsuliyyət daşıyırlar. Vəkil hər iki vəzifəli şəxsin məhkəmədə şahid qismində ifadə verməsini istəyib. Həmçinin vəkil David Tonoyan və Onik Qasparyan barəsində cinayət işinin başlanılmasını istəyib.

Prosesdə vəsatətə münasibət bildirən dövlət ittihamçısı deyib ki, vəsatət Cinayət Prosesual Məcəlləsinin 318-ci və 207-ci maddələrinin tələblərinə ziddir. Məhkəmə təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittiham əsasında cinayət işlərinə baxır. Əgər məhkəmə baxışı zamanı başqa şəxsin əməlində cinayət işi olarsa, bu məsələ ittihamdan ayrılıb ayrıca icraata verilməlidir. "Məhkəmə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham çərçivəsində işə baxır.

Hazırkı mərhələdə onların barəsində cinayət işinin başına də üçün qanunvericilik yol vermir. Məhkəmə istintaqı zamanı onların əməlində cinayət tərkibi müəyyən olunarsa, iş ayrıca icraata götürülməsi barədə qərar qəbul oluna bilər. Şahid qismində dindirilmələri barədə vəsatət isə məhkəmə istintaqı zamanı müzakirə oluna bilər" - deyə dövlət ittihamçısı bildirib. Hakimlər vəsatətləri təmin etməyib.

Daha sonra məhkəmə istintaqının başlanması barədə qərar qəbul olunub. Prokuror ittiham aktını elan edib. İttiham aktında qeyd edilib ki, dəstə üzvləri terror törətmək məqsədilə Azərbaycan ərazisinə keçərək ayrı ayrı idarə və təşkilatlara, insanlara silahlı basqın etmək məqsədilə müvafiq icazə olmadan silahlı birləşmə yaradaraq Azərbaycan ərazisinə keçərək ölkə ərazisində yanğın və partlayışlar törətmək istəyib. Bu məqsədlə onlar Xocavənd rayonunun Şimal Qərb hissəsindən Hadrut qəsəbəsinə daxil olublar.

Prosesdə saat 14.00-a qədər fasilə elan olunub

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15